Qala qəsəbəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 25.10.2019 / 11:27

 

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xəzər rayonu Qala qəsəbəsi dini icmasının birgə təşkilatçılığı ilə “Dini dəyərlər və qarşıda duran perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın şöbə müdirləri Oqtay Hüseynov, Anar Kazımov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Ziyad Məmmədbəyli, Qala qəsəbəsi Süleyman məscidinin imamı Tərxan Təhməzov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki, Azərbaycan dövləti dövlət-din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsasında zəngin milli-mənəvi dəyərlərimiz dayanır.

Daha sonra məscidin imamı Tərxan Təhməzov qeyd edib ki, xalqımız hər zaman öz milli adət-ənənələrinə sadiq qalıb, dinimizin bizə buyurduğu qardaşlıq çağırışını hər zaman əsas tutub.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Ziyad Məmmədbəyli çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində yeni mərhələ başlayıb.

Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov Konstitusiyaya əsasən ölkəmizdə fikir, söz və din azadlığı kimi fundamental insan hüquqlarının təmin olunduğunu vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
14.03.2022 / 16:14
Ətraflı oxu

Zaqatala rayonunda "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda seminar-treninq baş ...

Press-relizlər
25.04.2017 / 17:19
Ətraflı oxu

Zərdabda “Milli-mənəvi dəyərlərin təbliğində qadınların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.10.2021 / 16:44
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun birillik fəaliyyətinə həsr olunan tədbir keçirilib

Press-relizlər
08.02.2019 / 17:26
Ətraflı oxu

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Açıqlama
03.04.2020 / 11:05
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu