Bakıda “Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər / 24.10.2019 / 15:40

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib.

Binəqədi rayonu üzrə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. H.Əsgərov gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini diqqətə çatdırıb. Natiq çıxışında maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini də yüksək qiymətləndirib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov respublikamızdakı tolerant və multikultural ənənələrə əsaslanan, özündə milli dəyərlərimizi də ehtiva edən nümunəvi dövlət-din münasibətlərindən, bu sahədə görülən işlərdən danışıb. O bildirib ki, xalqımızın böyük hissəsinin inanclar sistemində mühüm yer tutan, sonuncu səmavi din olan İslam insanı mənəvi cəhətdən kamilləşməyə, ədalətli, mərhəmətli, vicdanlı olmağa, elmə və təhsilə dəyər verməyə səsləyir. Ümumilikdə, bütün ənənəvi dinlərin əsas məqsədi insanın pislikdən uzaqlaşaraq yaxşılığa yönəlməsini təmin etməkdir.

Maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən sədr müavini bildirib ki, cəmiyyətdə dini biliklərin yetərsizliyi insanların xurafata meyl etmələrinə, öz milli-mənəvi dəyərlərindən uzaqlaşmalarına, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb ola bilər ki, bu da, öz növbəsində, cəmiyyətin aşınması ilə nəticələnər.

Sədr müavini ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Gündüz İsmayılov dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib.

Konfrans müzakirələrlə davam edib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə ...

Xəbərlər
15.01.2021 / 17:27
Ətraflı oxu

Lənkəranda Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə reyd keçirib

Press-relizlər
11.11.2016 / 16:44
Ətraflı oxu

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq”

Xəbərlər
13.05.2021 / 11:41
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib

Xəbərlər
17.07.2020 / 12:51
Ətraflı oxu