Ağdaşda "Sağlam həyat,yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.10.2019 / 14:58

Oktyabrın 23-də Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat,yüksək mənəviyyat naminə narkomaniyaya "yox" deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və başqaları iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən mürəkkəb problemlərdən biridir. Bildirilib ki, İslam dininin insan sağlamlığına böyük əhəmiyyət verməsi şübhəsizdir. Buna görə də dinimizdə insanların səhhətinə zərər verəcək maddələrin istifadəsini nəinki məkruh sayılmış, hətta bəzilərini haram hesab edilib ki, insanın ağlını başından alan alkoqollu içkilər və narkotik maddələr də bu qəbildəndir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Xəbərlər
19.10.2018 / 15:25
Ətraflı oxu

“Milli kimliyin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.07.2017 / 16:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

Press-relizlər
24.09.2019 / 14:50
Ətraflı oxu

Xalqa xidmətdə keçən ömür

Xəbərlər
08.05.2019 / 09:37
Ətraflı oxu

Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv
09.02.2018 / 09:55
Ətraflı oxu

Saatlıda “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 17:37
Ətraflı oxu