Oğuz rayonunda“Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub

Press-relizlər / 11.10.2019 / 16:56

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.

Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan RİH-ın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ayaz Ağayev rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qardaşlıq və sülh şəraitində yaşayırlar.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, insanlara, xüsusilə gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. Sədr müavini dini maarifləndirmənin önəminə toxunaraq deyib ki, gənc nəslin tərbiyəsində maarifçilik işi böyük əhəmiyyət daşıyır. Gündüz İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin dərinləşdirilməsi və şagirdlərin bu sahə üzrə məlumatları daha etibarlı mənbələrdən almalarının vacibliyinə də toxunub.

Dövlət Komitəsinin sədr müavini Prezident İlham Əliyevin milli-dini dəyərlərimizə, diqqət və qayğısından, eləcə də DQİDK-nın digər orqanlarla birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb. Onu da bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində hər kəs, o cümlədən müəllimlər fəallıq nümayiş etdirməlidirlər.

Eyni zamanda, tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov mövzu ilə bağlı çıxış ediblər.

Seminar-treninq işini müzakirələrlə davam etdirib.


 

 


Son baxılan xəbərlər

“İnsanların inanc azadlığına hörmət hüquqi mənəvi borcumuzdur” mövzusunda onlayn konfrans keçirilib

Xəbərlər
18.06.2021 / 15:29
Ətraflı oxu

Masallı rayonu ictimaiyyətinin nümayəndələri Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul etdilər

Press-relizlər
01.12.2015 / 16:46
Ətraflı oxu

Din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibə başa çatıb

Xəbərlər
13.08.2022 / 18:08
Ətraflı oxu

Qusarda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.11.2022 / 12:00
Ətraflı oxu

Malayziyada səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Xəbərlər
26.05.2023 / 12:19
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistanın otuzillik işğalı nəticəsində xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv ...

Xəbərlər
26.05.2023 / 14:05
Ətraflı oxu