Biləsuvarda gənclərin zərərli vərdişlərdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər / 09.10.2019 / 14:02

Biləsuvar Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbdə “İslamda insan hüquqları, gender bərabərliyi və gənclərin narkotik vasitələrdən, zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Təhsil Şöbəsinin əməkdaşı Ağamməd Caniyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin nümayəndəsi Taleh Nuruyev, şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə və “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin sədri Sahil Hüseynzadə iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanda  insan hüquqlarının qorunması, xüsusilə bu hüquqlar çərçivəsində qadın hərəkatının inkişafı və azadlıqlarının təmin olunması istiqamətində qanunvericilik bazası genişləndirilib, cəmiyyətin müxtəlif sferalarında qadınların rolunun artırılması yolunda işlər görülüb, gender bərabərliyi  təmin olunub. Natiqlər, eyni zamanda gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində keçirilən tədbirlərin böyük effekt verdiyini qeyd ediblər.

Tədbirin yekununda mövzu ilə bağlı film nümayiş etdirilib.  

 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib

Press-relizlər
21.10.2014 / 17:29
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Xəbərlər
15.02.2019 / 09:32
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri uğurla həyata keçirilir

Press-relizlər
05.05.2016 / 17:15
Ətraflı oxu

Qaradağ məktəbliləri üçün radikalizm və ekstremizm ilə mübarizə yollarından bəhs edən maarifləndirici tədbir keçirilib

Press-relizlər
18.05.2017 / 16:23
Ətraflı oxu

Bölgələrdə "Şəhadət" sənədli filmi nümayiş olunub

Press-relizlər
02.05.2018 / 12:34
Ətraflı oxu