Yardımlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 07.10.2019 / 15:40

Oktyabrın 7-də Yardımlı şəhəri Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin narkomaniya və onun təzahürlərindən qorunmasında dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mirqiyas Əsgərov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli mövzu ilə bağlı çıxışında narkomaniyanın törətdiyi fəsadlarından söhbət açaraq bildirib ki, bu bəladan gənclərin xilas olmaları üçün maarifləndirici tədbirlərin aparılması vacibdir.

Rayon Mərkəzi xəstəxanasının psixoloqu Qalib Əhmədov çıxışında zərərli vərdişlərə qarşı mübarizə sahəsində aparılan profilaktik tədbirlərdən danışıb. Qeyd edib ki, görülən işlər nəticəsində narkomaniyaya düçar olanların statistikasında xeyli sayda azalma hiss olunur.

Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
15.11.2017 / 16:06
Ətraflı oxu

Azərbaycanın din xadimləri Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Xəbərlər
24.02.2016 / 13:46
Ətraflı oxu

Hərbi hissədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2020 / 16:01
Ətraflı oxu

“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı ...

Xəbərlər
11.11.2020 / 10:01
Ətraflı oxu

Zaqatalada "Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib

Press-relizlər
15.01.2019 / 15:30
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli, onlara həvalə edilən missiyanı ...

Press-relizlər
30.08.2019 / 14:09
Ətraflı oxu