Ağstafada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər / 02.10.2019 / 15:33

1-2 oktyabr tarixlərində Ağstafada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.

Ağstafa RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin üzvlərinin iştirak etdiyi ikigünlük regional konfransı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova cəmiyyətdə maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. O, ölkədə sağlam mənəvi mühitin yaranmasına xidmət edən bu cür konfransların keçirilməsinin zamanın çağırışları ilə uzlaşdığını deyib.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova təqdimatında dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesində qadınların roluna toxunub. Bildirib ki, hər bir kəsin tərbiyəsi və ümümi dini bilgilərinin formalaşması birbaşa ailə ilə bağlıdır. Bu prosesin aparıcı qüvvələrindən biri də qadınlardır. Şöbə müdiri qeyd edib ki, gəncləri milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadınlar aldıqları bilik və dünyagörüşünə əsaslanaraq övladlarını ailədə elə tərbiyə edib maarifləndirməlidirlər ki, onlar sərbəst həyata atıldıqda mənfi, milli-mənəvi dəyərlərimizə zidd, radikallığı təbliğ edən qüvvələrin təsirinə məruz qalmasınlar. Ölkəmizdə gedən proseslərdə, eləcə də dini radikalizmlə, xurafatla mübarizədə qadınları daha da fəal olmağa çağıran E.Kərimova cəmiyyətimizdə qadınların yüksək mövqeyə malik olduğunu bildirib.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva konfrans iştirakçılarını sosial şəbəkələrdə radikal qrupların apardığı dini təbliğatın məqsədi, metodları barəsində məlumatlandırıb. Vurğulayıb ki, gənclər və yeniyetmələrin sosial şəbəkədən istifadəsi geniş xarakter aldığına görə bu sahəyə daha çox diqqətin ayrılması zəruridir. Dini radikallar və ekstremistlər texnologiyanın son nailiyyətlərindən, xüsusən də elektron mediadan və sosial şəbəkələrdən öz çirkin əməlləri üçün geniş istifadə edirlər, cəmiyyətin, xüsusilə gənclərin duyğularını, inandığı dəyərləri hədəf alaraq baxış bucaqlarını dəyişdirməyə çalışırlar. Şöbə müdiri gəncləri bu kimi mənfi tendensiyanın təsirlərindən qorumaqda hər kəsi, o cümlədən qadınların, anaların aktivliyinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.

İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu müzakirə olunub

Press-relizlər
26.04.2017 / 17:12
Ətraflı oxu

Yardımlıda "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda seminar keçirilib

Press-relizlər
23.09.2021 / 13:20
Ətraflı oxu

Zaqatala rayonunun Maqov kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri olub

Press-relizlər
23.05.2018 / 15:06
Ətraflı oxu

Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
19.01.2016 / 14:52
Ətraflı oxu

Lənkəranda Soyqırımı Günü ilə bağlı videokonfrans keçirilib

Press-relizlər
29.03.2021 / 17:44
Ətraflı oxu

İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər
05.09.2018 / 11:33
Ətraflı oxu