Dövlət Komitəsinin sədri “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb

Xəbərlər / 04.09.2019 / 18:05

4 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə görüş keçirilib.
Gəncləri təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanın, eyni zamanda müxtəlif ölkələrin dövlət-din modelləri, tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə təbliği, komitənin dini maarifləndirmə istiqamətində gördüyü işlər haqqında tələbələrə məlumat verib. Komitə sədri qeyd edib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub. 
Tədbirin sonunda çıxış ətrafında müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb, o cümlədən müsabiqə qaliblərinə DQİDK-nın ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri haqqında ingilis dilində nəşr etdirdiyi kitab təqdim edilib.


Son baxılan xəbərlər

Lənkəran şəhərindəki “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
21.04.2022 / 15:22
Ətraflı oxu

Mübariz Qurbanlı: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib”.

Xəbərlər
12.12.2014 / 10:25
Ətraflı oxu

“Azərbaycanda dini təhsil: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilib

Xəbərlər
24.11.2022 / 17:30
Ətraflı oxu

Masallıda “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2019 / 12:16
Ətraflı oxu

“Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda onlayn ...

Xəbərlər
18.03.2021 / 10:34
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
03.05.2018 / 18:00
Ətraflı oxu