Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 04.09.2019 / 16:14

Sentyabr ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK və Sumqayıt ŞİH-in rəhbər şəxsləri, dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov əvvəlcə şəhərdəki dini durum barədə məlumat verərək bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. O qeyd edib ki,  ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir. İslam dininə aid mərasimlərin keçirilməsinə xüsusi önəm verildiyini vurğulayan T.Səmədov Məhərrəm ayı ərəfəsində, eləcə də Aşura günündə keçiriləcək əzadarlıq məclisləri və mərasimlərinin təşkilatçılığı üçün qərargah yaradıldığını bildirib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılması olduğunu deyib. O bildirib ki, əvvəlki illərdən fərqli olaraq zaman keçdikcə vətəndaşlarımız Məhərrəm ayı, Aşura mərasimi ilə bağlı daha obyektiv məlumat almaq imkanları əldə edirlər. Getdikcə xurafat halları azalmaqdadır. Əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz halların azaldığının müşahidə edildiyini deyən Komitə rəsmisi  buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması nəticəsində nail olunduğunu bildirib.

G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmamasının, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsinin və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsinin önəmindən bəhs edib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov dövlətin dinə dəstəyindən danışıb. O bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və Prezident İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur, dindarlara dövlət tərəfindən xüsusi qayğı göstərilir.

Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin nümayəndəsi Natiq Səmədov çıxış edərək dini ekstremizm və radikalizmə qarşı mübarizənin hüquqi əsasları haqqında danışıblar.

Seminar-müşavirə öz işini müzakirələrlə yekunlaşdırıb.


Son baxılan xəbərlər

Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi

Multikulturalizm
03.05.2016 / 09:04
Ətraflı oxu

Zaqatalada “Erkən nikah və onun fəsadları” mövzusu müzakirə edilib

Press-relizlər
15.11.2017 / 16:57
Ətraflı oxu

Zaqatalada din xadimləri “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunu müzakirə ediblər ...

Press-relizlər
14.07.2021 / 15:10
Ətraflı oxu

Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz ...

Press-relizlər
28.06.2018 / 17:32
Ətraflı oxu

Balakəndə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub

Press-relizlər
05.08.2021 / 18:31
Ətraflı oxu

“Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
21.04.2021 / 15:40
Ətraflı oxu