Mətbuat xidmətinin məlumatı

Xəbərlər / 02.09.2019 / 12:29

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Sumqayıt şəhərində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 2 mağazada reyd keçirib.

Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Sumqayıt şəhəri 17-ci və 5-ci mikrorayonlar ərazisində yerləşən “Fatimə” dini mağazalarına keçirilən reydlər zamanı baxış keçirilən mağazaların ixtisaslaşdırılmış satış məntəqəsi kimi fəaliyyətinə müvafiq icazənin verilməməsi aşkar olunub və qeyri-qanuni formada satışını həyata keçirdikləri dini təyinatlı mal və məmulatlar müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntularının hüquq-mühafizə orqanları ilə birlikdə araşdırılması davam etdirilir.

Son baxılan xəbərlər

Ağcabədidə "Zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib

Press-relizlər
13.10.2016 / 15:22
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər
08.11.2018 / 17:54
Ətraflı oxu

Bərdədə "Şahadət" filmi nümayiş olunub

Press-relizlər
20.02.2018 / 15:04
Ətraflı oxu

Şəkidə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.04.2017 / 12:37
Ətraflı oxu

Yevlaxda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
21.02.2020 / 15:14
Ətraflı oxu