Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər / 30.08.2019 / 11:42

Avqustun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Afiq Məlikov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev və idarənin əməkdaşları, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, gənclər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” barədə tədbir iştirakçılarına məlumat verib. Vurğulanıb ki, gənclər arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.


Son baxılan xəbərlər

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 134 illiyi qeyd olunub

Xəbərlər
13.09.2021 / 13:29
Ətraflı oxu

Neftçalada “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir ...

Press-relizlər
20.05.2016 / 12:40
Ətraflı oxu

“İslam dünyasında yenilik cəhdləri” adlı kitab nəşr olunub

Kitablar
03.09.2019 / 10:04
Ətraflı oxu

Masallıda “Gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərin rolu” mövzusunda seminar-treninq ...

Press-relizlər
28.02.2019 / 16:44
Ətraflı oxu

Gəncədə Vətən müharibəsindəki qələbəmizə həsr olunan seminar-müşavirə baş tutub

Xəbərlər
23.09.2021 / 17:23
Ətraflı oxu

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar
30.07.2015 / 12:58
Ətraflı oxu