Press-relizlər / 29.08.2019 / 09:46
Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə şəhər 7 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin müəllim kollektivi və valideyn assosiasiyasının üzvləri iştirak ediblər.
Məktəbin direktoru Ülviyyə Əliyeva, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışlarında xalqımızın sahib olduğu zəngin milli-mənəvi dəyərlərin qorunması və gənclərin bu dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyindən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.