Göygöl rayonunda və Gəncədəki N saylı hərbi hissədə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbirlər keçirilib

Press-relizlər / 28.08.2019 / 16:41

Göygöl rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH-in başçısı Arif Seyidov mövzunun əhəmiyyətindən danışıb. Arif Seyidov onu da bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliğində və ölkə gənclərinin bu ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, hər bir xalqın milli şüurunun formalaşmasında, mədəniyyətinin inkişafında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Sədr müavini deyib ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın mənəvi dəyərlərinin qorunmasında, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsində müstəsna xidmətləri olmuşdur. Səyavuş Heydərov onu da vurğulayıb ki, müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmişdir. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan dahi şəxsiyyət bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.

Dövlət Komitəsinin sədr müavini, eyni zamanda bildirib ki, bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ulu Öndərin mənəvi dəyərlərimizə diqqət və qayğısını uğurla davam etdirən dövlət başçımızın müvafiq fərman və sərəncamları ilə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. “Fondun yaradılmasında əsas məqsəd mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərilməsidir”,-deyə natiq əlavə edib.

Tədbirdə çıxış edən digər natiqlər ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizə, o cümlədən dinə və dindarlara diqqət və qayğısından danışıblar.

“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda növbəti tədbir Müdafiə Nazirliyi və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən N saylı Hərbi hissədə keçirilib. Tədbirdə hərbi hissənin zabit və gizir heyəti iştirak ediblər.

Öncə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.

DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.

Nümayiş olunan sənədli film barədə də danışan sədr müavini deyib ki, filmdə Ulu Öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşaraq verdiyi önəmdən, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs olunur. Sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.


 


 

 


Son baxılan xəbərlər

Bərdədə regional müşavirə keçirilib

Press-relizlər
26.10.2019 / 09:41
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Saatlıda “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 17:37
Ətraflı oxu

Bakıda "Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
22.11.2021 / 11:00
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
05.09.2018 / 11:44
Ətraflı oxu