Gəncədə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 27.08.2019 / 17:54

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK, Gəncə, Daşkəsən icra hakimiyyətlərinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətlərinin əsas prinsiplərindən biri milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasıdır. Bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirən ŞİH-in başçısı ənənəvi İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının vacibliyinə toxunub.

DQİDK sədri Mübariz Qurbanlı vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması, tolerant, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda bu ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var və biz də bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışırıq. “Bu gün qarşımızda duran əsas məsələlərdən biri dini radikalizmə, xurafat elementlərinə qarşı mübarizədir”,-deyə Komitə sədri qeyd edib. O bildirib ki, din adı altında İslamı gözdən salmağa cəhd edən qrupların, dairələrin bu gün Yaxın Şərqdə “fəaliyyəti”nin mənfi nəticələri görünür. Mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslamın yad təsirlərdən qorunmasının vacibliyinə toxunan M.Qurbanlı Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, o cümlədən DQİDK-nın Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyətinə diqqət çəkib.

Komitə sədri, eyni zamanda Məhərrəm ayında keçirilən dini mərasimlər zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bu gün verdiyi fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri  Tahir Abbasov dinə dövlət qayğısından danışıb. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayan din xadimi Aşura mərasimlərinin məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin fətvasında irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməsinin zəruriliyinə nəzərə çatdırıb.

Seminar-müşavirə müzakirələrlə işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Qeyri-islam dini icmalara maliyyə vəsaiti ayrıldı

Press-relizlər
01.06.2015 / 14:52
Ətraflı oxu

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq

Xəbərlər
15.04.2020 / 11:45
Ətraflı oxu

Balakən və Qaxda din xadimləri ilə görüş keçirilib

Xəbərlər
01.06.2022 / 11:55
Ətraflı oxu

Gündüz İsmayılov: "Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik, həm də inkişaf baxımından zəruridir"

Açıqlama
05.08.2016 / 17:18
Ətraflı oxu

Qubada “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda ikigünlük seminar keçirilir

Press-relizlər
17.11.2017 / 16:56
Ətraflı oxu

Gəncədəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2023 / 16:56
Ətraflı oxu