Bakıda "Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans keçirilib

Xəbərlər / 26.08.2019 / 15:32

Avqustun 26-da Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında şeyxülislamlıq institutunun yeri və rolu barədə danışıb, həmçinin konfransın keçirilməsinin əhəmiyyətinə toxunub.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin şeyxülislamla bağlı fikirləri onun fəaliyyətinə verilən ən yüksək qiymətdir. G.İsmayılov bu gün Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə imzaladığı Sərəncamın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu qərar dövlətin dini sahəyə göstərdiyi diqqətin əyani sübutu, A.Paşazadənin şəxsiyyətinə verilən qiymətin göstəricisidir.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında Şeyxülislam Allahşükür Paşazadənin 40 illik fəaliyyətinin müxtəlif dönəmlərinə nəzər yetirərək bildirib ki, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli maraqlarımızın təmin olunması istiqamətində A.Paşazadənin fəaliyyəti danılmazdır. O vurğulayıb ki, Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Bu nümunənin dünyaya təqdim edilməsində Şeyxülislam Allahşükür Paşazadənin şəxsiyyəti və əməyi danılmazdır.

“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu gün Azərbaycanın Cənubi Qafqazın dini mərkəzinə çevrilməsində Şeyxülislam A.Paşazadənin rolunun vacibliyindən danışıblar. Bildirilib ki, Şeyxülislam Prezident İlham Əliyevin xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada yüksək səviyyədə təbliğ edir. Dövlət-din münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub saxlanılması işində fəal mövqe tutur. Çıxış edənlər, eyni zamanda kütləvi informasiya vasitələrinin nümayəndələri arasında elan edilmiş yazı müsabiqəsində iştirak edən bütün jurnalistlərə Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə xüsusi diqqətlə yanaşdıqlarına görə təşəkkürlərini bildiriblər.

Konfransın sonunda Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Son baxılan xəbərlər

İmişlidə “Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2022 / 10:47
Ətraflı oxu

DQİDK və Göyçay RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər
01.02.2019 / 10:24
Ətraflı oxu

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2022 / 11:35
Ətraflı oxu

Zaqatalada “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2018 / 18:16
Ətraflı oxu

Salyanda "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir ...

Press-relizlər
12.11.2018 / 17:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Press-relizlər
01.05.2019 / 17:22
Ətraflı oxu