Masallı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 26.08.2019 / 15:13

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi  və Masallı rayon Cəfər Cabbarlı adına Mərkəzi Kitabxanın birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İnsan hüquq və azadlıqlarının yaratdığı məsuliyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Masallı rayon Cəfər Cabbarlı adına Mərkəzi Kitabxanın direktoru Ələddin Nəzərov, Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cəfər Cabbarlı adına Mərkəzi Kitabxanın direktoru Ələddin Nəzərov bildirib ki, hər il olduğu kimi respublikamızda Ombudsmanın təşəbbüsü ilə 21 avqust-21sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilir. Ə.Nəzərov vurğulayəb ki, aylıq çərçivəsində keçirilən tədbirlər hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və insan hüquqlarının təbliğinə öz töhfəsini verəcəkidir.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında qeyd edib ki, “Sülh aylığı” çərçivəsində keçirilən tədbirlər əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün vacibliyinə cəlb etmək, insanların hüquüq düşüncəsinin inkişaf etdirilməsinə yönəldilmişdir.

Mövzu ilə bağlı Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və başqaları öz fikirlərini bildiriblər.        


Son baxılan xəbərlər

Aİİ-də Yeni Azərbaycan Partiyasının özək təşkilatı yaradılıb

Press-relizlər
31.10.2018 / 09:50
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

Xaçmazda “Dövlət və din” mövzusunda seminar keçirilib

Press-relizlər
23.12.2021 / 15:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

İslam maraqların deyil, dəyərlərin həmrəyliyidir

İSLAM HƏMRƏYLİYİ İLİ
12.04.2017 / 12:03
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 17:35
Ətraflı oxu