Şəkidə “Dini radikalizmlə mübarizə və maarifləndirimə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 24.06.2019 / 12:50

Şəki şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda keçiriləcək regional konfrans iyunun 24-də “Dini radikalizmlə mübarizə və maarifləndirimə” mövzusunda panel iclasla öz işinə başlayıb.

Şəki şəhərində baş tutan seminar-treninqdə DQİDK və ŞİH-in rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Zərinə Cavadova Şəki şəhərindəki dini durum barədə məlumat verib, dövlətin dinə, dindarlara göstərdiyi qayğıdan, müxtəlif konfessiya nümayəndələri üçün yaradılan bərabər şəraitdən danışıb. O qeyd edib ki, ölkəmizdəki dini sabitliyin, multikultural və tolerant mühitin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin nəticəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov insanlara dini bilgilərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılmasının vacibliyinə toxunub. O qeyd edib ki, dini maarifləndirmə işi cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməklə intensiv şəkildə təşkil edilməlidir. Dini maarifləndirmə işinin təkcə təhsil müəssisələrində deyil, bütün istiqamətlərdə aparılmasının vacibliyini vurğulayan sədr müavini bununla insanlarda dini biliklər sahəsində yaranan boşluqların doldurulması, dini radikalizm meyllərinin zəiflədilməsi və cəmiyyətdə tolerantlığın artırılmasının hədəfləndiyini bildirib.

G.İsmayılov vurğulayıb ki, xalqımızın tarixən dini radikalizmdən uzaq olmasına baxmayaraq, müstəqilliyimizi bərpa etdikdən sonra dini durumda üzləşdiyimiz problemlərdən biri də radikalizm olub. Sədr müavini deyib ki, elm, təhsil olmayanda din xurafata çevrilir. Onun sözlərinə görə, əgər hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmaz olacaq. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova gənclərin radikal qruplaşmaların yalanlarına, təxribatçılıq əməllərinə uymaması və bütün bunlarla mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.


 

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya ...

Xəbərlər
08.10.2018 / 15:27
Ətraflı oxu

Azərbaycandakı dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara MÜRACİƏTİ

Press-relizlər
28.03.2018 / 14:24
Ətraflı oxu

İsmayıllıda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb

Press-relizlər
16.05.2023 / 16:40
Ətraflı oxu

“İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda seminar-treninq keçirilib

Xəbərlər
13.12.2021 / 15:30
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Xəbərlər
20.01.2023 / 13:14
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu