“Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Press-relizlər / 21.06.2019 / 16:30

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 18 illiyi münasibətilə ilə iyun ayının 21-də “Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün dəyərlər sisteminin dəqiqləşdirilməsi müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.

Qısa bir müddətdə görülən işlər, proseslərin gedişi, qlobal miqyasda baş verən hadisələr təsdiqlədi ki, Ulu Öndər Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir təkan vermiş və baş verə biləcək mənfi halların qarşısını əvvəlcədən almışdır.

Dinə dövlət qayğısından da söz açan sədrin birinci müavini vurğulayıb ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Ümummilli Liderin yolu ilə inamla və sürətlə irəliləyən Azərbaycan bu gün həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir.

Ardınca DQİDK-nın sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsinin fəaliyyət istiqamətlərini özündə əks etdirən təqdimatla çıxış edib. Sədr müavini çıxışında Dövlət Komitəsinin 18 il ərzindəki fəaliyyətinə, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salıb. Dini qurumların dövlət qeydiyyatı və onlarla iş, dinşünaslıq ekspertizası, dini radikalizmlə mübarizə, dini maarifləndirmə işi, xarici və ictimaiyyələ əlaqələr sahələri barədə statistik rəqəmləri diqqətə çatdırıb.

Sədr müavini Səyavuş Heydərov Dövlət Komitəsinin kollektivinin öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək, din sahəsində mövcud məsələlərin sürətlə həllinə və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə nail olmaq üçün var qüvvəsi ilə çalışdığını bildirib. DQİDK-nın son illərdə fəaliyyətini xeyli genişləndirdiyini qeyd edən S.Heydərov Komitənin müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini, dini qurumlarla iş sahəsində xeyli irəliləyişlər əldə olunduğunu deyib. O, Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından əlamətdar hadisə kimi dəyərləndirib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Əliheydər Zülfüqarov Komitənin fəaliyyətini yüksək qiymətləndirib.

O, DQİDK-nın din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində apardığı işlərə diqqət çəkib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Qafqaz Müsəlmanları İdarəsi ilə DQİDK-nın uğurlu əməkdaşlığından bəhs edib. Qurumların birgə təşkil etdiyi tədbirlərin önəminə toxunan F.Nurullayev Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyətinin xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışlarında Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Dövlət Komitəsinin tabeliyində bu qurumları yaratmasını dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində aparılan işlərə töhfə adlandırıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Yadigar Məmmədli Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olduğunu diqqətə çatdırıb. BBMM və DQİDK-nın effektiv birgə fəaliyyətinə toxunan Y.Məmmədli Komitəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Azərbaycan Bibliya Cəmiyyəti dini icmasının sədri Rasim Xəlilov Komitənin dini qurumlarla işindən razılıqlarını dilə gətiriblər. İcmaların rastlaşdığı problemlərin həllində göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Son baxılan xəbərlər

DQİDK-nın şöbə müdiri Yaqut Əliyeva: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

Press-relizlər
21.09.2020 / 10:04
Ətraflı oxu

Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
12.11.2018 / 14:38
Ətraflı oxu

Qərbi Kaspi Universitetində dini radikalizmə qarşı mübarizəyə həsr edilən maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.06.2018 / 17:24
Ətraflı oxu

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

Xəbərlər
18.06.2016 / 09:08
Ətraflı oxu

Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem ...

Press-relizlər
18.07.2019 / 12:58
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” dini icmasının İsveçdəki mərkəzinin rəhbərini qəbul edib

Xəbərlər
19.09.2014 / 16:47
Ətraflı oxu