Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər / 03.06.2019 / 14:30

İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentina Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Səfirə yeni diplomatik missiyasında uğurlar arzulayan Mübariz Qurbanlı qonağa Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Dövlət Komitəsinin sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın dövlət-din modelini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində multikulturalizmin respublikamızda dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini bildirib.

Komitə sədri tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu deyərək bu dəyərin ölkəmizin siyasi və ictimai həyatında da özünü göstərdiyini söyləyib. Roma Papaları II İohann Pavel və Fransiskin ölkəmizə tarixi səfərlərini xatırladan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə yəhudi sinaqoqları, pravoslav, katolik və lüteran kilsələri fəaliyyət göstərir. Azərbaycanda 33 qeyri-müsəlman dini icmanın qeydiyyata alındığını vurğulayan DQİDK sədri dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən diqqət və qayğı göstərildiyini, İslam və qeyri-islam dini ibadətgahların təmir və inşa edildiyini səfirin nəzərinə çatdırıb.

Söhbət zamanı qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında da ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serxio Osvaldo Perez Qunella respublikamızın sürətli inkişaf yolunda olduğunu bildirib. Ölkələrarası oxşarlıqdan bəhs edən səfir Azərbaycanda qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, gündəlik həyatında ölkəmizdəki tolerant və multikultural mühitin şahidi olduğunu diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Masallıda "Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
20.02.2020 / 13:53
Ətraflı oxu

Oğuz rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.10.2018 / 16:51
Ətraflı oxu

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2018 / 13:51
Ətraflı oxu

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

Press-relizlər
26.04.2019 / 18:09
Ətraflı oxu

Oğuz şəhər Yəhudi dini icması tərəfindən Xocalı qurbanlarının xatirəsi anılıb

Xəbərlər
25.02.2022 / 16:07
Ətraflı oxu

Dövlət Komitəsində qeydiyyatdan keçmiş yeni dini icmalara şəhadətnamələr təqdim edilib

Xəbərlər
04.04.2022 / 15:46
Ətraflı oxu