Press-relizlər / 03.06.2019 / 14:04
İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı tam orta məktəbində "İnsan Hüquqları Aylığı" çərçivəsində “Azərbaycanda insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağstafa RİH başçısının müavini Lalə Eyyubova, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Elsevər Aslanov, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin əməkdaşı Bayram Heydərov, Ağstafa rayon prokurorunun köməkçisi Rəhim Hüseynli, "Ağstafa" qəzetinin baş redaktoru İbrahim Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısının müavini Lalə Eyyubova ölkəmizdə insan hüquqlarının daima ön planda olduğunu və dövlətimizin bu sahədə gördüyü işlərdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Qərib Abbasov "İnsan hüquqları aylığı" çərçivəsində ölkəmizdə keçirilən tədbirlər haqqında məlumat verib.
Digdər natiqlər də mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
İyunun 3-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər 2 saylı tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov, Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Vurğulanıb ki, dövlət başçısının Sərəncamı ilə iyunun 18-i hər il ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bildirilib ki, təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunub.