Bölgələrdə “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbirlər keçirilib

Press-relizlər / 29.05.2019 / 14:01

Mayın 29-da Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İnsan Hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi RİH başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı  Nurəddin Hacıyev, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, şagirdlər və tələbələr iştirak ediblər.

Tədbirin sonunda dinləyicilər tərəfindən verilən suallar cavablandırılıb

***

“İnsan Hüquqları Aylığı” çərçivəsində  növbəti tədbir DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Sabirabad şəhər H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad Rayon Polis  Şöbəsinin sahə rəisi, polis mayoru Sehran Zeynalov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin  direktoru  Ruhəngiz  Əliyeva, Sabirabad şəhər H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbin direktoru Mircamal Həşimov, məktəbin müəllimləri və yuxarı  sinif  şagirdləri  iştirak ediblər.

Bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edilib.


Son baxılan xəbərlər

Lənkəran və İmişlidə “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər
20.09.2023 / 17:23
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri keçirilib

Heydər Əliyev İli
07.02.2023 / 15:21
Ətraflı oxu

Dövlət Komitəsi din xadimləri və dini icmalar arasında yazı müsabiqəsi elan edir

Xəbərlər
13.03.2023 / 16:28
Ətraflı oxu

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

Biləsuvarda “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusu müzakirə olunub

Press-relizlər
23.09.2022 / 15:18
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
30.03.2018 / 10:16
Ətraflı oxu