
Press-relizlər / 22.05.2019 / 16:38
Mayın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Tütəpeştə kənd ümumi orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı, məktəbin direktoru Əskər Əskərov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ə.Əskərov çıxışında keçirilən tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.
Emin Həmidli, Tacəddin Sadıqov, Ziya İsmayılov, Cəmil Axundzadə, Ağakişi Baloğlanlı çıxışlarında İnsan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Mayın 22-də Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Kənarmeşə kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı, məktəbin direktoru Natavan Mirzəcanova, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər çıxışlarında 28 may 1918-ci ilin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər. Ümummilli Lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığı və bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.