Qaxda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 10.05.2019 / 16:22

 

Mayın 10-da Qax Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və  rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qax rayonu Turaclı kənd tam orta məktəbində “Gələcəyimizin təminatçısı-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Turaclı kənd tam orta məktəbinin direktoru İlham Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri Turaclı kənd tam orta məktəbinin direktoru İlham Məmmədov giriş sözü ilə açaraq mövzunun aktuallığından danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov uğurlu gələcəyimizin təminatçısı olan milli-mənəvi dəyərlərimizdən bəhs edib. Uğurlu gələcəyin qurulmasına kölgə salan dini radikalizmin fəsadlarından danışıb.

Daha sonra “Şəhadət” sənədli filmi nümayiş edilib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Son baxılan xəbərlər

“Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn tədbir keçirilib

Press-relizlər
27.07.2021 / 17:50
Ətraflı oxu

15 İyun: Azərbaycanın müasir tarixinin dönüş anı

Xəbərlər
16.06.2016 / 09:07
Ətraflı oxu

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Xəbərlər
22.10.2018 / 17:07
Ətraflı oxu

Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilib

Press-relizlər
04.07.2018 / 09:40
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Biləsuvarda “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib

Press-relizlər
15.05.2019 / 17:08
Ətraflı oxu