Pasxa bayramı münasibətilə Bakı şəhərində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində konsert-görüş təşkil edilib

Press-relizlər / 26.04.2019 / 12:17

25-26 aprel tarixlərində Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib. Avropa ölkələrindən dəvət edilmiş tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat nümayəndələrinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimlərinin iştirak etdiyi konfransın təşkilində məqsəd dini ayrı-seçkiliyin gücləndiyi müasir dövrdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyətini bir daha nümayiş etdirməkdir.

Tədbirin proqramına uyğun olaraq, Pasxa bayramı münasibətilə konfrans iştirakçıları üçün Bakı şəhərində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində  konsert-görüş təşkil edilib.

Tədbirdə çıxış edən “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox və digər din xadimləri çıxışlarında Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların  yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın  uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıblar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi, xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətiriblər.

Sonra  tədbirin bədii hissəsi başlayıb.


Son baxılan xəbərlər

Lənkəranda “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər
21.11.2019 / 17:38
Ətraflı oxu

İmişlidə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib

Press-relizlər
18.08.2020 / 18:19
Ətraflı oxu

Qala qəsəbəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
25.10.2019 / 11:27
Ətraflı oxu

Bərdədə “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 09:28
Ətraflı oxu

Aİİ-də Yeni Azərbaycan Partiyasının özək təşkilatı yaradılıb

Press-relizlər
31.10.2018 / 09:50
Ətraflı oxu

Lənkəranda "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
27.10.2022 / 11:01
Ətraflı oxu