
Press-relizlər / 03.05.2019 / 16:17
Mayın 3-də Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi uzrə şöbəsi və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin müdir müavini Gülgün Kərimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov və ictimayyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətimizin inkişafına xüsüsi diqqət göstərdiyini qeyd edib.
Daha sonra çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin müdir müavini Gülgün Kərimov bu gün regionda yerləşən tarixi abidələrdən və bu abidələrin qorunub saxlanılmasında Ulu Öndərin həyata keçirdiyi işlərdən danışıb.
Sonda tədbir iştirakçılarnı maraqlandıran suallar cavablandırılıb.