Regional konfrans panel iclasla öz işini davam etdirib

Press-relizlər / 25.04.2019 / 17:00

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr mövzusunda keçirilən konfrans aprelin 25-də panel iclas ilə işini davam etdirib. “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda keçirilən tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva açaraq bölgədəki dini durum haqqında məlumat verib. Keçirilən tədbirin əhəmiyyətinə toxunan N.Mustafayeva qeyd edib ki, dini maarifləndirmə sahəsinə böyük diqqət ayrılmalı, gənclərin dini radikalizm bəlasından qorunması üçün din onlara düzgün şəkildə çatdırılmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda mövcud olan məzhəblərarası vəhdət bütün dünyaya nümunədir.

Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini bildirib ki, bəzi qruplar sülh dini olan İslamı siyasiləşdirərək öz məkrli planlarına alət etməyə çalışırlar. G.İsmayılov, həmçinin dini ekstremizm və radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verib, ölkəmizdə bu sahədə maarifləndirmə işinin aparıldığını diqqətə çatdırıb. Sədr müavini onu da qeyd edib ki, gənclərin dini radikalizmdən qorunması üçün onların dini bilikləri artırılmalıdır.

Daha sonra çıxış edən Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, dini radikalizmə qarşı mübarizədə elmin, təhsilin rolu böyükdür. O, həmçinin qeyd edib ki, gəncləri yad dini təsirlərdən qorumaq üçün onlar milli-mənəvi dəyərlərimizə bağlı və vətənpərvər ruhda tərbiyə olunmalıdırlar.

Konfrans tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

 


Son baxılan xəbərlər

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Xəbərlər
24.05.2022 / 14:25
Ətraflı oxu

Səyyad Salahlıya “Şöhrət” ordeni təqdim olunub

Xəbərlər
21.02.2022 / 17:12
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Press-relizlər
27.12.2018 / 16:11
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Xəbərlər
15.02.2019 / 09:32
Ətraflı oxu

DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portallarında nəşr olunub

Press-relizlər
21.12.2020 / 15:35
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər
17.09.2016 / 10:38
Ətraflı oxu