Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 25.04.2019 / 15:26

Aprelin 25-də Balakən Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon Polis Şöbəsi (RPŞ) və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Qurban Nağıyev adına Kortala kənd tam orta məktəbində “İşıqlı gələcək naminə dini radikalizm, erkən nikah və zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, Balakən RPŞ-nin sahə müvəkkili Elnur Göylərov, Balakən RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyаt müvəkkili Vasif Əliyev, məktəbin direktoru Abdulməcid Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.                           

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Abdulməcid Məmmədov çıxışında şagirdlərin zərərli vərdişlərdən və mənfi meyillərdən qorunmasının zəruriliyini qeyd edib, keçirilən maarifləndirici tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.

Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov mövzu ilə bağlı ətraflı məlumat verib, gənclərin dini radikalizm, erkən nikah və zərərli vərdişlərdən xilas olmaları üçün aparılan maarifləndirici tədbirlərin böyük rolu olduğunu diqqətə çatdırıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev gənclərin formalaşmasında milli-mənəvi və dini dəyərlərin önəmi haqqında danışaraq bildirib ki, bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və fəsadları haqqında ətraflı məlumat verən E.Atakişiyev, hər bir kəsin dini radikalizm, erkən nikah və zərərli vərdişlərə qarşı barışmaz mövqe sərgiləməsinin  vacibliyini qeyd edib.

Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova zərərli vərdişlərin yaranma səbəbləri və onlara qarşı mübarizə yolları haqqında məlumat verib.                                                             

Balakən RPŞ-nin sahə müvəkkili Elnur Göylərov çıxışında zərərli vərdişlərə qarşı mübarizə sahəsində aparılan profilaktik tədbirlərdən bəhs edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

Yevlaxda və Balakəndə "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu" mövzusu müzakirə edilib

Press-relizlər
23.06.2022 / 16:02
Ətraflı oxu

Azərbaycan dünya miqyasında tolerantlıq nümunəsinə çevrilib

Press-relizlər
25.02.2015 / 14:15
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına rəsmi səfəri bu ölkənin KİV-lərində işıqlandırılıb

Press-relizlər
06.06.2023 / 14:36
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
07.02.2018 / 09:36
Ətraflı oxu

Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!

Xəbərlər
08.09.2021 / 16:37
Ətraflı oxu