Qaradağda “Dini maarifləndirmə: perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər / 18.04.2019 / 09:43

Aprelin 17-də Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Sahil qəsəbəsində “Dini maarifləndirmə: perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov, dini icma nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov milli-mənəvi dəyərlərimizin düzgün təbliğinin əhəmiyyətindən söz açıb.

Daha sonra çıxış edən Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadlarından, xurafat və cəhalətə qarşı mübarizə metodlarından, gənc nəslə ənənəvi dini və milli dəyərlərimizin düzgün təbliği istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov çıxışında gənclərin radikal meyillərdən qorunmasında keçirilən maarifləndirici tədbirlərin vacib olduğunu qeyd edib.


Son baxılan xəbərlər

“N” saylı hərbi hissədə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

Xəbərlər
16.08.2021 / 17:33
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
04.07.2017 / 17:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.11.2018 / 17:00
Ətraflı oxu

Ermənilərin tarixi-dini abidələrimizə qarşı terror siyasəti

Xəbərlər
18.04.2017 / 09:59
Ətraflı oxu

Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
23.12.2020 / 11:42
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər

Press-relizlər
21.05.2019 / 13:42
Ətraflı oxu