Zaqatalada “Milli-mənəvi dəyərlərdən qaynaqlanan vətənpərvərlik” mövzusunda tədbir baş tutub

Press-relizlər / 16.04.2019 / 17:17

Aprelin 16-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Mamrux kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərdən qaynaqlanan vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov, Mamrux kənd tam orta məktəbinin direktoru Vəsilə Hacıyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəsilə Hacıyeva keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri  gənclərin formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsində müstəsna rol oynayır.                                                       

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov milli-mənəvi dəyərlərə bağlılığın önəmindən bəhs edib, gənclərin xalqımızın  milli-mənəvi dəyərlərinə sadiq olmasının vacibliyini qeyd edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev  Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, xalqımızın minillər boyu formalaşmış milli-mənəvi dəyərlərinin qorunması və yaşadılması sahəsində aparılan işlərdən danışıb. Radikal dini qrupların  törətdiyi fəsadlardan, onların məkrli məqsədlərindən və cəmiyyətimiz üçün yarada biləcək təhdidlərdən ətraflı məlumat verən İ.Vəliyev müasir zamanda gənclərin mənəvi dəyərlərə və adət-ənənələrə  bağlı, vətənpərvər və təhsilli olmasının vacibliyini qeyd edib.

Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov çıxışında gənclərin milli-mənəvi dəyərlərə sadiq, təhsilli və bilikli olmalarının dini radikalizmə, xurafat və mövhumata qarşı tutarlı amil olduğunu qeyd edib.                                                

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara dini maarifləndirici ədəbiyyatlar paylanılıb. 

 

 


Son baxılan xəbərlər

Dağıstanda keçirilən müşavirədə Azərbaycandakı multikultural mühitdən bəhs edilib

Xəbərlər
23.11.2014 / 19:33
Ətraflı oxu

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
24.04.2018 / 17:57
Ətraflı oxu

Qubada “İslam dinində zərərli vərdişlərə münasibət” adlı tədbir keçirilib

Press-relizlər
15.04.2022 / 16:30
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib

Press-relizlər
01.12.2017 / 18:00
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu