Zərdabda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 04.04.2019 / 14:14

Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə  “Aprel şəhidləri: Azərbaycan xalqının milli-mənəvi qürur mənbəyidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı şəhid olmuş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Zərdab MKS-nin direktoru Nailə Əliyeva qeyd edib ki, Aprel döyüşləri xalqın orduya inamını bir daha təsdiqləyib. Döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilməyib.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov çıxışında vurğulayıb ki, Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini bütün dünyaya nümayiş etdirib. Xalq gənclərimizin Vətən sevgisinin, müharibə əzminin və sağlam düşüncələrinin şahidi oldu.

Mövzu ilə bağlı  çıxış edən digər natiqlər də Azərbaycan oğullarının Aprel döyüşlərində keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.

Sonda tədbirin mövzusu ilə bağlı diskussiya təşkil olunub.   


Son baxılan xəbərlər

Balakəndə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə edilib

Press-relizlər
25.11.2021 / 13:00
Ətraflı oxu

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

Ağsuda onlayn tədbir keçirilib

Xəbərlər
06.10.2021 / 16:02
Ətraflı oxu

Ağdaşda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
30.10.2018 / 17:45
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Din xadimlərinin iştirakı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri ” mövzusu ...

Press-relizlər
21.05.2021 / 17:12
Ətraflı oxu