“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 13.03.2019 / 09:32

Martın 12-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Lahıc kənd tam orta məktəbində “Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov, Zaqatala rayonu Lahıc kənd tam orta məktəbinin direktoru Salatın İbrahimova, eləcə də müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Salatın İbrahimova keçirilən tədbirin əhəmiyyətindən danışıb, gənclərin vətəndaş olaraq formalaşmasında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin rolunu vurğulayıb. 

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında hər bir vətəndaşın həyatında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mühüm rol oynadığını qeyd edib, cəmiyyətimizdə mənəvi dəyərlərin öyrənilməsinin və qorunub saxlanılmasının əhəmiyyətindən danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev  Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla  həyata keçirildiyini, din sahəsinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. İ.Vəliyev dünyanın bir çox ölkəsinə nümunə olan Azərbaycan multikulturalizmindən və tolerantlığından danışıb, ölkəmizin dünyada sülh platformasına  çevrilərək mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məkanına çevrildiyini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Azərbaycan islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib

İSLAM HƏMRƏYLİYİ İLİ
14.02.2017 / 11:01
Ətraflı oxu

Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikaha qarşı mübarizədə təhsilin rolu” mövzusu müzakirə edilib

Press-relizlər
23.12.2021 / 13:33
Ətraflı oxu

Masallıda “Dini radikalizm və onunla mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
28.11.2019 / 14:49
Ətraflı oxu

Lerikdə dini radikalizm fəsadları müzakirə olunub

Press-relizlər
24.01.2018 / 11:33
Ətraflı oxu

Goranboy rayonunda “Dünyəvi dövlətdə təhsil və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2019 / 10:21
Ətraflı oxu

Qax, Zaqatala və Balakən rayonlarında Ramazan ayının başlaması ilə bağlı tədbirlər keçirilib

Xəbərlər
01.04.2022 / 11:44
Ətraflı oxu