Zaqatalada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

Press-relizlər / 27.02.2019 / 10:20

Fevralın 26-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən  İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov və dini icma sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov respublikamızın hər bir guşəsində, xarici dövlətlərdə xalqımızın nümayəndələri tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edildiyini qeyd edib,  Ulu Öndər Heydər Əliyev tərəfindən əzəli torpaqlarımız olan Dağlıq Qarabağda etnik azərbaycanlılara qarşı erməni faşistləri tərəfindən törədilmiş Xocalı qətliamına siyasi qiymətin verildiyini bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Xocalı soyqırımının erməni vandalları tərəfindən Azərbaycan xalqının öz əzəli torpağı olan Dağlıq Qarabağa sahib durması, azad və suveren yaşamasını, mübarizliyini və  iradəsini sındırmağa yönəlmiş qeyri-insani və bəşər övladına qarşı törədilmiş soyqırımı olduğunu vurğulayıb.

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında qeyd edib ki, Xocalı soyqırımı tarix boyu ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən düşünülmüş və məqsədli etnik təmizləmə, doğma torpaqlardan azərbaycanlıların deportasiya edilməsi və xalqımıza qarşı genosid siyasətinin davamıdır.

Tədbirdə, həmçinin Çobankol kənd məscidi dini icmasının sədri Məhəmməd Nurullayev və Yuxarı Tala kənd məscidi dini icmasının sədri Şakir Mehdiyev Xocalı faciəsindən  və İslam dinində şəhidlik zirvəsindən bəhs ediblər.


Son baxılan xəbərlər

Zaqatalada “Milli-mənəvi dəyərlərimizdə İslam vəhdəti” mövzusunda maarifləndirici tədbir baş tutub

Press-relizlər
06.06.2017 / 12:39
Ətraflı oxu

Masallıda “Dini radikalizm və onunla mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
28.11.2019 / 14:49
Ətraflı oxu

Annenfeld Alman Lüteran kilsəsində tədbir keçirilib

Xəbərlər
05.11.2022 / 10:47
Ətraflı oxu

Goranboyda “Gəncləri yad dini ideologiyalardan qorumağın yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
06.06.2023 / 16:09
Ətraflı oxu

Cəlilabadda Ramazan ayının başlanması münasibətilə görüş keçirilib

Press-relizlər
16.03.2023 / 14:58
Ətraflı oxu

Balakəndə layihə çərçivəsində növbəti tədbir baş tutub

Press-relizlər
04.11.2016 / 17:41
Ətraflı oxu