Saatlıda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Press-relizlər / 26.02.2019 / 16:49

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayon Dəllər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Atakişi Məhərrəmli, Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) Dəllər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişirin Cəlilov, Dəllər kənd məscidi dini icmasının  sədri  Namiq Zeynalov, dini icma  üzvləri, dindarlar, ziyalılar  və  gənclər  iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Saatlı rayon Dəllər kənd məscidi dini icmasının sədri Namiq Zeynalov Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını vurğulayıb.

Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli çıxışında ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb.

RİH-in Dəllər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişirin Cəlilov vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.

Son baxılan xəbərlər

Saatlıda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.03.2018 / 09:54
Ətraflı oxu

İmişlidə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib

Press-relizlər
18.08.2020 / 18:19
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer ilə görüşüb

Xəbərlər
04.02.2021 / 16:26
Ətraflı oxu

Qaxda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib

Xəbərlər
28.10.2022 / 14:35
Ətraflı oxu

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
20.09.2018 / 12:10
Ətraflı oxu

Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv
09.02.2018 / 09:55
Ətraflı oxu