Şəmkirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər / 24.08.2015 / 16:27

Avqustun 24-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açıb. DQİDK-nın sədri Mübariz Qurbanlı “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaslı, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək İslamın yad təsirlərdən qorunmasında, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıblar.
Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi İslam dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirilib. İclasda komitənin sədr müavini Səyavuş Heydərovun “Dini ekstremizmlə mübarizə”, şöbə müdiri Ruslan Əsgərovun “Sosial mediada din təbliğatı”, sektor müdiri Anar Əlizadənin “Azərbaycanda missionerlik fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
    

Son baxılan xəbərlər

Masallıda Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 15:40
Ətraflı oxu

Qaxda “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir baş tutub

Press-relizlər
31.05.2019 / 17:38
Ətraflı oxu

Lənkəranda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.10.2019 / 15:56
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
22.02.2018 / 15:58
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
11.01.2018 / 09:52
Ətraflı oxu