
Press-relizlər / 22.02.2019 / 16:11
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şəki rayonu I Biləcik kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsin müdir müavini Elxan Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, II Biləcik və Baqqal kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramiz Bədiyev mənəvi dəyərlərin hər bir insanın həyatında, vətəndaş və şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin öyrənilməsi, adət-ənənələrin qorunub saxlanılması hər bir vətəndaşın müqəddəs borcudur. E.Abdullayev müstəqil respublikamızda mövcud olan multikultural dəyərlərdən və dini tolerantlıqdan bəhs edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev Azərbaycanda böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən danışıb, dövlət tərəfindən mənəvi dəyərlərin qorunması sahəsində aparılan işlərdən bəhs edib. Radikal dini cərəyanlar və qeyri-ənənəvi təriqətlərdən məlumat verərək, onların yaranması səbəbləri və məqsədləri barədə məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.