“Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir keçirilib

Press-relizlər / 22.02.2019 / 10:12

Fevralın 21-də Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu 1 saylı tam orta  məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin, Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH), Qubadlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir  keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, Qubadlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, sahə müvəkkili, polis baş-leytenantı Məhəmməd Dünyamaliyev, müəllimlər  və yuxarı sinif şagirdləri  iştirak ediblər.

RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov dini radikalizmin mahiyyəti barədə çıxış edərək gəncləri yad dini təsirlərdən qorumaq üçün maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.    

Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, bu sahədə aparılan uğurlu ideoloji fəaliyyət haqqında çıxış edib.

Sahə müvəkkili, polis baş leytenantı Məhəmməd Dünyamaliyev din pərdəsi altında pozuculuq fəaliyyəti ilə məşğul olan şəbəkələrin insanları radikalizmə və terrora sövq etmə metodları haqqında məlumat verib.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” filmi nümayiş olunub.


Son baxılan xəbərlər

Zərdabda maarifləndirici tədbir keçirilib

Press-relizlər
02.12.2021 / 18:17
Ətraflı oxu

Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib

Press-relizlər
19.06.2019 / 17:37
Ətraflı oxu

Dini radikalizm ənənəvi dəyərlərimizə təhdiddir

Press-relizlər
02.10.2017 / 16:29
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakıda iftar süfrəsi təşkil olunub

Press-relizlər
30.05.2018 / 10:53
Ətraflı oxu

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.01.2018 / 14:33
Ətraflı oxu

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu