Dövlət Komitəsinin sədri VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Press-relizlər / 20.02.2019 / 18:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb.

Tələbələri salamlayan Dövlət Komitəsinin sədri layihənin Azərbaycanın tolerantlıq modeli ilə əyani tanışlıq, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təbliği və təşviqi baxımından önəminə toxunub.

Daha sonra layihə iştirakçıları ölkəmizdəki multikultural və həmrəylik mühiti, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, eyni zamanda Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar. Mübariz Qurbanlı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Komitə sədri diqqətə çatdırıb ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına münasibətdə, həm də qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür. Azərbaycanda 32-si qeyri-islam olmaqla 909 dini qurumun dövlət qeydiyyatına alındığını deyən Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə bütün dinlərin mənsublarına bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün lazımi tədbirlər görülür. Azərbaycanda 14 kilsə, 7 sinaqoqla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunan Dövlət Komitəsinin sədri bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini bildirib.

Görüşdə Azərbaycan həqiqətlərindən söz açan Mübariz Qurbanlı Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirdiyini, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxladığını vurğulayıb.

Daha sonra VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müxtəlif ölkələrdən olan tələbələrini maraqlandıran suallar cavablandırılıb və onlara Dövlət Komitəsinin işğal altındakı torpaqlarımızda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz, o cümlədən ölkəmizdəki dinlərarası harmoniya barədə ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Saatlıda “Gender bərabərliyi-insan hüquqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.12.2021 / 16:08
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsində aparılır"

Açıqlama
16.09.2015 / 16:52
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 11:57
Ətraflı oxu

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Masallı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.08.2019 / 15:13
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu