Yevlaxda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər / 20.02.2019 / 16:07

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə 26 Fevral Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, həmin şöbənin aparıcı məsləhətçisi Fərid Vaqifli, dini icma sədrləri, din xadimləri, dindarlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, Xocalı faciəsinin xalqımıza qarşı törədilən qanlı bir faciə olduğunu qeyd edib. Natiq Əfəndiyev Ümummilli Lider Heydər Əliyevin  yenidən ölkə rəhbərliyinə qayıdışından sonra  Xocalı faciəsinə  yüksək hüquqi qiymət verildiyini vurğulayıb. Bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, Qarabağ əlillərinə göstərilən dövlət qayğısından danışıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımları, xalqımızın zor gücünə öz doğma torpaqlarından qovulduğunu, tarixi və əzəli Azərbaycan torpaqlarına ermənilərin köçürüldüyünü diqqətə çatdırıb. Xocalı faciəsi zamanı 600-dən çox günahsız insanın şəhid olduğunu, çoxlu sayda insanların əsir və itkin düşdüyünü bildirərək, Xocalı faciəsinin azərbaycanlılara qarşı törədilmiş bir cinayət olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Yevlax şəhər “Cümə”  məscidinin imamı Namiq Əliyev Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yüksək tutulduğunu qeyd edərək, ölkə rəhbərliyinin hər zaman qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.


Son baxılan xəbərlər

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn regional müşavirə keçirilib

Press-relizlər
04.03.2021 / 12:48
Ətraflı oxu

Salyanda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda onlayn seminar keçirilib

Xəbərlər
22.04.2021 / 12:39
Ətraflı oxu

Lənkəranda "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
24.09.2021 / 16:33
Ətraflı oxu

Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər
27.08.2019 / 09:38
Ətraflı oxu

Unudulmayan tarix – mövcud təhdidlər

Xəbərlər
24.01.2019 / 17:16
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyasət aparır"

Xəbərlər
02.03.2021 / 10:46
Ətraflı oxu