Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 13.02.2019 / 15:23

Fevralın 12-də Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Yuxarı Tala kənd 4 saylı tam orta məktəbində “Mənəvi dəyərlərə sadiq Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov və məktəbin direktoru Almaz Abdurahmanova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Almaz Abdurahmanova keçirilən tədbirin əhəmiyyətindən danışıb. Məktəbin direktoru Azərbaycan xalqının zəngin mənəvi dəyərlər sistemindən ətraflı məlumat verib. O, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər şəxs olaraq formalaşmasında milli-mənəvi dəyərlərin rolunu vurğulayıb. 

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən dövlət-din münasibətlərindən, milli-mənəvi dəyərlərin qorunması sahəsində görülən tədbirlərdən, Azərbaycan multikulturalizmi və ölkədə mövcud olan yüksək tolerantlıqdan bəhs edib. Müasir Azərbaycan gəncliyinin cəmiyyətimizdəki yeri və rolunu qeyd edərək aparıcı qüvvə olmasını bildirib.

 Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov çıxışında gəncliyin qarşısında duran əsas vəzifələrdən danışaraq, mənəvi dəyərlərin və adət-ənənələrin vətənini sevən hər bir şəxs üçün müqəddəs və önəmli olduğunu bildirib, müasir gəncliyin milli-mənəvi dəyərlərə sadiqliyindən danışıb.

Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "İşğal dövründə mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib"

Xəbərlər
29.11.2021 / 12:46
Ətraflı oxu

Bərdə rayonunda “Dini radikalizmi yaradan səbəblər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
21.12.2015 / 16:41
Ətraflı oxu

Qaradağda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.11.2017 / 17:43
Ətraflı oxu

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir

Açıqlama
23.02.2017 / 15:04
Ətraflı oxu

Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
01.12.2021 / 15:43
Ətraflı oxu

Azərbaycandakı dövlət-din münasibətləri nümunəvidir

Press-relizlər
11.01.2018 / 16:24
Ətraflı oxu