Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər / 11.02.2019 / 17:46

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 11-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox və Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü,  Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter ilə görüşüb.

Görüşdə Dövlət Komitəsi sədrinin müavini qonaqlara ölkəmizdəki dinlərarası harmoniya və dövlətin bu istiqamətdə həyata keçirdiyi nümunəvi siyasət barədə məlumat verib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri sivilizasiyalar arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdıran Səyavuş Heydərov ölkəmizdə 32-si qeyri-islam olmaqla 909 dini icmanın dövlət qeydiyyatına alındığını, bütün dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox uğurlu multikulturalizm və tolerantlıq modeli, dinlərarası münasibətlər sərgiləyən Azərbaycanın bu sahədəki nailiyyətlərinin bütün dünyada maraq doğurduğunu deyib. O, eyni zamanda ölkəmizdəki lüteran icmasının fəaliyyətinə göstərilən dəstəyə görə məmnunluğunu ifadə edib. 

Həmçinin görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Şəkidə din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib

Press-relizlər
01.11.2022 / 16:49
Ətraflı oxu

İsmayıllıda keçirilən üçgünlük regional konfrans işini yekunlaşdırıb

Xəbərlər
18.05.2023 / 15:35
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
20.09.2019 / 11:15
Ətraflı oxu

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev İli
24.05.2023 / 14:28
Ətraflı oxu

Zaqatalada “Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
24.01.2023 / 15:09
Ətraflı oxu

Azərbaycanda fəaliyyət göstərən dini icmalar Şuşaya səfər ediblər

Xəbərlər
30.09.2022 / 16:33
Ətraflı oxu