"Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib

Press-relizlər / 08.02.2019 / 17:56

Fevralın 8-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən Ş.Hacıyev bildirib ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün bərabər münasibət mühiti yaradır.

Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılsa da, ölkəmizdə buna qarşı səmərəli mübarizə aparılır.

DQİDK sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm dayaqlar üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır. M.Qurbanlının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da bu dayanır. Dövlət Komitəsinin sədri onu da vurğulayıb ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Liderimizin siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. 

Filmin əhəmiyyətindən də danışan DQİDK-nın sədri Mübariz Qurbanlı belə maarifləndirmə vasitələrinə daha çox ehtiyac olduğunu deyib. Bildirib ki, xurafat cəmiyyətin inkişafının qarşısını alan ən böyük amildir. Dövlət Komitəsinin sədri Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılmasının zəruriliyinə, gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib. 

Filmin nümayişindən sonra gənclərin dini maarifləndirilməsi mövzusu və film ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

(AZƏRTAC)


Son baxılan xəbərlər

Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir

Press-relizlər
19.04.2018 / 16:56
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.03.2023 / 16:52
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: "Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq"

Müsahibələr
23.01.2018 / 15:22
Ətraflı oxu

DQİDK sədri Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri ilə görüşüb

Press-relizlər
12.09.2022 / 14:54
Ətraflı oxu

Ağdaş şəhərində “Dini radikalizmlə mübarizədə milli və dini dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir ...

Press-relizlər
22.04.2016 / 16:54
Ətraflı oxu

Mübariz Qurbanlı Xorvatiyanın “Veçerniy List” qəzetinə müsahibə verib

Xəbərlər
10.02.2021 / 16:03
Ətraflı oxu