Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 07.02.2019 / 17:04

Fevralın 7-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sərhəd Qoşunlarının birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Vətən uğrunda şəhid olan igidlərimizin  ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, hərbi hissənin rəhbərliyi - polkovnik Müzəffər Pirizadə, polkovnik-leytenant Pənah Şükürov, polkovnik-leytenant Bəhruz Qasımov, eləcə də zabit, gizir və əsgərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandiri, polkovnik Müzəffər Pirizadə mövzünün əhəmiyyətindən danışıb. O, dini radikalizmin törətdiyi fəsadlardan və bu sahədə hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında dini radikalizmin yaranma səbəbləri, dini radikal qrupların təbliğat metodları və dini radikalizmə qarşı mübarizə üsulları haqqında danışıb. Bildirib ki, radikal dini qruplar gəncləri öz təsirlərinə salmağa çalışırlar.

Polkovnik-leytenant Bəhruz Qasımov belə tədbirlərin dini radikalizmə qarşı mübarizədə önəmini vurğulayaraq seminar-treninqlərin davamlı olaraq keçirilməsinin zəruriliyini qeyd edib.

Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

17 noyabr Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2020 / 10:30
Ətraflı oxu

Ələt qəsəbəsinin Şıxlar bağ massivində qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb

Press-relizlər
23.04.2018 / 14:11
Ətraflı oxu

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.10.2019 / 15:21
Ətraflı oxu

Saatlıda “Azərbaycanın dövlət müstəqilliyinin bərpası - 30: dəyərlərimizin təminatı" mövzusu müzakirə olunub

Press-relizlər
18.10.2021 / 17:48
Ətraflı oxu