Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 14.12.2018 / 17:13

Dekabrın 14-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Göyçay rayon Polis şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Göyçay rayonu Bığır kəndində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RPŞ-nin rəis müavini Rövşən Babayev, İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Qiyas Beybutov, rayon təhsil şöbəsinin əməkdaşı Rüstəm Talıbov, kənd məktəbinin müəllim kollektivi, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqları, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədikləri iştirakçıların diqqətinə çatdırılıb. Bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biri olduğu vurğulanıb.

Tədbirdə eyni zamanda dini radikalizmin yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən geniş bəhs olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Xəbərlər
10.03.2020 / 14:52
Ətraflı oxu

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
09.08.2019 / 17:14
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti" mövzusunda ...

Press-relizlər
16.01.2020 / 15:14
Ətraflı oxu

Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
01.12.2021 / 15:43
Ətraflı oxu

Neftçalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusu müzakirə edilib

Xəbərlər
26.11.2021 / 18:03
Ətraflı oxu

Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”

Müsahibələr
07.12.2015 / 10:50
Ətraflı oxu