Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər / 11.12.2018 / 09:32

Dekabrın 10-da Göyçay rayon H. Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatı, Uşaq Gəncər İnkişaf Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyətin heykəli önünə gül dəstələri düzüblər. İştirakçılar görkəmli dövlət xadiminin keçdiyi ömür yolundan bəhs edən filmə baxdılar və Ulu Öndərin xatirəsi bir dəqiqəlik skutla anıldı.

Göyçay rayon H. Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan mərkəzinin direktoru Zenfirə Əliyeva Ulu Öndərin dahilik keyfiyyətlərindən söz açdı. Bildirdi ki, o, nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılmasında ,dövlət təsisatlarının yaradılmasında, hüquqi dövlət və demokratik cəmiyyət qurulmasında, azərbayçançılıq məfkurəsinin formalaşmasında misilsiz xidmətlər göstərib. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən Ulu Öndər Heydər Əliyev xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına nail olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, ziyalılara qiqqət və qayğının göstərilməsi, milli kadrların yetişdirilməsi kimi mühüm məsələləri diqqət mərkəzində saxlayıb.

Tədbirdə çıxış edən Rayon YAP-nın Göyçay rayon təşkilatının sədri Sahib Şükürov dahi şəxsiyyətin hakimiyyətə gəlişi və gördüyü işlər barəsində iştirakçılara ətraflı məlumat verdi.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbənin əməkdaşı Rauf Nəsirov H.Əliyev və milli-mənəvi dəyərlərimiz mövsunda tədbirdə çıxış edib.

Tədbir Göyçay rayon məktəblilərinin Ulu Öndər haqqında şeir və mahnıları ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Şəkidə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 15:37
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və alınacaq"

Müsahibələr
02.03.2020 / 14:14
Ətraflı oxu

Masallıda “QİÇS xəstəliyi, onun zərərləri və ondan qorunma yolları” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
02.12.2021 / 11:29
Ətraflı oxu

Xaçmazda “Dövlət və din” mövzusunda seminar keçirilib

Press-relizlər
23.12.2021 / 15:32
Ətraflı oxu

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
15.03.2016 / 16:27
Ətraflı oxu

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu