Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər / 29.11.2018 / 16:20

Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 30 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Sədrin birinci müavini vurğulayıb ki, ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.

S.Salahlı qeyd edib ki, respublikamızda ölkə rəhbərliyi tərəfindən mənəvi dəyərlərin təbliğinə, dini maarifləndirmə işinin təşkilinə, eyni zamanda dindarlara diqqət və qayğı göstərilməkdədir. “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinə maddi dəstəyin göstərilməsi, dini ibadət yerlərinin tikintisi və ya əsaslı təmiri bu diqqətin bariz nümunəsidir”,-deyə DQİDK sədrinin birinci müavini əlavə edib.

Dini radikalizm və xurafatla mübarizə tədbirlərindən də danışan S.Salahlı bu sahədə dindarların, o cümlədən dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. 

Daha sonra çıxış edən Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov respublikamızda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

 


Son baxılan xəbərlər

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda elmi-praktik seminar keçirilib

Multikulturalizm
23.02.2016 / 08:56
Ətraflı oxu

Komitə sədri: "Ramazan ayında bütün məscidlər azanlarla bağlı QMİ-nin fətvasına əməl etməlidir"

Press-relizlər
24.05.2018 / 16:17
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib

Press-relizlər
14.03.2018 / 15:16
Ətraflı oxu

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Narkomaniyaya yox deyək

Xəbərlər
30.04.2021 / 17:04
Ətraflı oxu

Xaçmaz rayonunda «Dini radikalizm və onun təzahür formaları» mövzusunda tədbir keçirildi

Arxiv
01.07.2016 / 16:53
Ətraflı oxu