Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.11.2018 / 09:58

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Mingəçevir şəhər 6 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xurşud Zamanova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması istiqamətindəki əhəmiyyətli rolundan danışıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Mingəçevir Bələdiyyəsinin komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

Tədbirdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib, film ətrafında müzakirələr aparılıb və şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

Rayonlarda maarifləndirici görüşlər baş tutub

Xəbərlər
10.06.2022 / 10:06
Ətraflı oxu

Bakıda “Müqəddəs Məryəmin nuru” adlı əsər təqdim olunub

Press-relizlər
05.01.2023 / 14:54
Ətraflı oxu

Xaçmazda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib

Xəbərlər
23.11.2022 / 14:50
Ətraflı oxu

Zərdabda “31 Mart-Tariximizin faciəli səhifəsi” adlı anım tədbiri keçirilib

Press-relizlər
30.03.2021 / 15:40
Ətraflı oxu

Hacıqabulda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 09:54
Ətraflı oxu