Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Xəbərlər / 15.11.2018 / 17:08

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən növbəti tədbir keçirilib.

Müzakirələrdə Aİİ-nin müəllimləri – fəlsəfə elmləri doktoru Ələddin Məlikov və sosiologiya üzrə fəlsəfə doktoru  Asəf Qənbərov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Yadigar Məmmədli, politoloq, strategiya.az saytının redaktor müavini İsmayıl Qasımov, jurnalist Seymur Verdizadə və Baku.ws saytının Baş redaktoru Azad Əliyev iştirak ediblər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev tədbirə moderatorluq edib.

Müzakirələrdə dinin müasir cəmiyyətdə rolu və əhəmiyyəti mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Diskussiyada dini dəyərlərimizin mahiyyətindən bəhs edilərək, bu zəngin mənəvi xəzinənin qorunmasının vacibliyi vurğulanıb. Bildirilib ki, radikal  cərəyanların  cəmiyyətə sirayət etməməsi üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün qurulmalıdır.

Qeyd olunub ki, müasir cəmiyyətdə dini dəyərlərin lazımi səviyyədə təbliğində, radikalizmə qarşı mübarizədə maarifçilik əsas arqumentdir. Alimlər bu istiqamətdə görülən işlərin ardıcıl surətdə  həyata keçirilməsinin gərəkliliyini, milli-mənəvi dəyərlərə varislik və ənənə amilindən yanaşmağın vacib olduğunu qeyd edirlər. Bu vacib, mühüm məsələlərin gənclərə aşılanmasında milli mentalitet ilə yanaşı, müasirlik prizmasının da tətbiq edilməsinin zəruriliyi vurğulanıb.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasətinin həyata keçirildiyini qeyd edən məruzəçilər Azərbaycan İlahiyyat İnstitutunun  təsis edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu bildiriblər.

Qeyri-ənənəvi dini cərəyanların sosial şəbəkələrdən öz məkrli məqsədlərini yaymaq üçün istifadə etdikləri təəssüflə vurğulanıb. Qeyd edilib ki, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, xurafata qarşı təbliğatda media ilə yanaşı, ilahiyyatçıların da xüsusi rolu olmalıdır.


Son baxılan xəbərlər

Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 10:02
Ətraflı oxu

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

Multikulturalizm
06.02.2016 / 09:41
Ətraflı oxu

Kürdəmirdə “Vətən müharibəsinin canlı şahidləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.10.2021 / 17:54
Ətraflı oxu

Zaqatalada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
21.01.2020 / 15:12
Ətraflı oxu

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizm dövrün bəlasıdır" ...

Press-relizlər
11.04.2019 / 15:27
Ətraflı oxu

Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
16.12.2019 / 17:11
Ətraflı oxu