
Press-relizlər / 13.11.2018 / 16:00
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş “Tolerantlıq diyarı-Azərbaycan” mövzusunda tədbir keçirilib.
Lənkəran Şəhər Mərkəzi Kitabxanasında keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Mərkəzi Kitabxanasının direktoru Nuranə Nəsirova, kitabxananın əməkdaşları və filial müdirləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Mərkəzi Kitabxanasının direktrou Nuranə Nəsirova çıxışında Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd edərək, ölkəmizin tolerant yaşam tərzi ilə dünyada bir nümunə olduğunu vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğunu bildirib. Dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında məlumat verən E.Həmidli əlavə edib ki, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi məhz Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb