
Press-relizlər / 06.11.2018 / 10:15
Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Teymurbəy Bayraməlibəyov adına Yeddioymaq kənd tam orta məktəbində “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, məktəbin müəllim və şagirdləri iştirak etdiyi tədbiri məktəbin direktoru Faiq Axundov açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxışında gənclərimiziin milli ruhda və mənəvi cəhətdən tərbiyə olunmasında din xadimlərinin və ağsaqqalların da üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.Natiq onu da qeyd edib ki, gəncliyimizi həm milli-mənəvi, həm də dini dəyərlər baxımından tərbiyə etmək lazımdır. Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov isə çıxışında bu gün bəşəriyyəti narahat edən, cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniyadan bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.