Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər / 06.11.2018 / 15:12

Noyabrın 6-da Quba şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu Quba Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” adlı regional seminar təşkil edib. Tədbirdə MDTF-nin icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə f. e. d. Asəf Qənbərov, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının gəncləri, dindarlar və KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, belə bir seminarın təşkil olunması və keçirilməsi gənclərin milli-mənəvi dəyərlərimizə olan bağlılığını daha da artırmaqla yanaşı dərin biliklər almalarına səbəb olacaqdır.

MDTF-nin icraçı direktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunması, eyni zamanda bu dəyərlərə fərdi və ictimai münasibətin düzgün şəkildə göstərilməsi dəyərləri düzgün mənimsəməkdən asılıdır. Azərbaycan dövləti mənəvi dəyərlərimizin qorunması sahəsində çox saylı tədbirlər icra edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiliyevin bu sahədə Fərman və Sərəncamları vardır. Bunlardan biri Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Ölkə xaricində, beynəlxalq aləmdə də mənəvi dəyərlərimizin təbliği ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın danılmaz əməyi və zəhməti vardır.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə f. e. d. Asəf Qənbərov çıxış edərək bildirib ki, mənəvi dəyərlərin təbliğ olunması bütün sahələrdə aparılır. O, qeyd edib ki, İlahiyyat İnstitutunda da tələbələr arasında mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı iş aparılır.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin din sahəsində və eyni zamanda mənəvi dəyərlərin təbliği sahəsində apardığı iş təqdirə layiqdir.

Daha sonra çıxış edənlər tarixçi Anar Murtuzov, jurnalist Məzahir Məmmədov və digərləri də mənəvi dəyərlərin təbliğ edilməsi sahəsində bu qəbil tədbirlər tez-tez təşkil olunmalı və gənclərin iştirakı təmin olunmalıdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Xətaidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2017 / 16:52
Ətraflı oxu

Gündüz İsmayılov: “İrəvanda qədim məscidi şərab zavoduna çeviriblər”

Açıqlama
23.02.2021 / 11:08
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə görüşüb

Könüllü fəaliyyət
22.04.2021 / 16:22
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu

Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib

Xəbərlər
20.10.2020 / 16:09
Ətraflı oxu

Bölgələrdə “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
29.05.2019 / 14:01
Ətraflı oxu